Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır
sizinxeber.az xəbər saytı

Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır


Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Bu barədə President.az xəbər verir.

Fərmanla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, məsələlərin həlli üçün zəruri tədbirləri görmək Dövlət Sərhəd Xidməti və Maliyyə Nazirliyinə həvalə olunur.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər

İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Daxili Qoşunların hərbçiləri ilə bağlı Fərman imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən xüsusi təyinatlılarla bağlı FƏRMAN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər