Prezident Daxili Qoşunların hərbçiləri ilə bağlı Fərman imzalayıb
sizinxeber.az xəbər saytı

Prezident Daxili Qoşunların hərbçiləri ilə bağlı Fərman imzalayıb


Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Bu barədə President.az xəbər verir.

Fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, zəruri tədbirlərin görülməsi Daxili İşlər və Maliyyə Nazirliklərinə həvalə olunub.

Bu fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər

Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən xüsusi təyinatlılarla bağlı FƏRMAN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentdən hərbi xidmətə çağırışla bağlı sərəncam [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər