Baş nazirdən hərbçilərin maaşı ilə bağlı sərəncam
Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.
Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği, nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddi, vəzifələrin siyahısı və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Oxşar xəbərlər
Prezidentdən xüsusi təyinatlılarla bağlı FƏRMAN [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bəzi hərbi qulluqçuların aylıq vəzifə maaşları artırıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Daxili Qoşunların hərbçiləri ilə bağlı Fərman imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Səfərbərlik Xidməti ilə bağlı FƏRMAN imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












