Bobur Bekmurodov: "Azərbaycan Prezidentinin təşəbbüsləri digər ölkələr üçün nümunə olmalıdır"
sizinxeber.az xəbər saytı

Bobur Bekmurodov: "Azərbaycan Prezidentinin təşəbbüsləri digər ölkələr üçün nümunə olmalıdır"


"QHT-lərin dünyadakı rolu yalnız sosial layihələrdə deyil, həm də sağlam dialoqun təşviqində və sülhü təmin etməkdə mühüm əhəmiyyətə malikdir".

Sizinxeber.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Özbəkistan parlament komitəsinin, "Yüksəliş" hərəkatının sədri Bobur Bekmurodov aprelin 28-də Bakıda keçirilən "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı Forumda çıxışı zamanı səsləndirib.

O qeyd edib ki, Özbəkistanda da bu sahədə böyük layihələr həyata keçirilir və QHT-lərin sayı son illərdə iki dəfə artıb. Bu, vətəndaş cəmiyyətinin inkişafına və ictimai fəallığın güclənməsinə dəlalət edir. Demokratik inkişafı hədəfləmək və bu istiqamətdə ardıcıl addımlar atmaq isə xüsusi əhəmiyyət daşıyır.

"Təəssüf ki, bu gün dünya demokratik dəyərlərdən və prinsiplərdən getdikcə uzaqlaşır. Lakin QHT-lərin mövcudluğu bu mənfi tendensiyaya qarşı böyük müqavimət və alternativ təklif edir", - deyə Bobur Bekmurodov vurğulayıb.

Onun sözlərinə görə, "Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi" adlı Forumun məhz Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişafa verdiyi dəstəyin sübutudur:

"Azərbaycan Prezidentinin bu sahədə nümayiş etdirdiyi liderlik və irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün də nümunə olmalıdır".

Forum iştirakçısı əlavə edib ki, QHT-lərin səsləri yalnız lokal müstəvidə deyil, dövlətlər səviyyəsində də aydın və qətiyyətli şəkildə eşidilməlidir:

"Çünki məhz QHT-lər cəmiyyətlərin problemlərini birbaşa ifadə edən, inkişaf və ədalət naminə çalışan ən təsirli qüvvələrdən biridir".

Oxşar xəbərlər

Bobur Bekmorodov: Azərbaycan ədalət və inklüzivlik prinsiplərinə dərin sadiqliyini nümayiş etdirib
Özbəkistan Parlamentinin komitə sədri: QHT-lərin səsi həm Parlamentlər, həm də Hökumətlər səviyyəsində eşidilməlidir
Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək
Ramil İskəndərli: Qlobal Cənub QHT Platformasını 140-a yaxın ölkənin təşkilatları dəstəkləyib
Qlobal Cənub QHT Platforması üçün 110-dan çox ölkədən QHT-lər Bakıya toplaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər