İran Fars körfəzində keçirilən təlimlərdə süni intellekt elementli raketlər tətbiq edib
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ötən həftə Fars körfəzində başlayan hərbi-dəniz təlimlərində süni intellekt elementləri olan hava-səth sinifli raketlər tətbiq edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Təlimlər zamanı İranın sahildəki neft-kimya və neft müəssisələrinin, həmçinin "Buşehr" atom elektrik stansiyasının dənizdən müdafiəsi üzrə əməliyyatlar məşq edilir.
SEPAH Hərbi Dəniz Qüvvələrinin komandiri Əlirza Tanqsirinin sözlərinə görə, İran 1000 kilometrdən artıq məsafəyə uçuş qabiliyyəti olan süni intellekt texnologiyalı qanadlı raketlər istehsal edir.
"Buşehr" AES Rusiyanın köməyi ilə İranın cənubunda tikilir. 2011-ci ilin sentyabrında birinci enerji bloku şəbəkəyə qoşulub, 2014-cü ilin noyabrında AES-in ikinci və üçüncü enerji bloklarının tikintisinə dair müqavilə imzalanıb. Onların müvafiq olaraq 2025-ci və 2027-ci illərdə istismara verilməsi planlaşdırılır.
Oxşar xəbərlər
İran sahillərində qaçaqmalçılıq yolu ilə 700 min litrdən çox neft daşıyan tanker saxlanılıb
İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri Fars körfəzində neft tankerini ələ keçirib
Sepah körfəzdə dəniz qüvvələrinin təlimini keçirir
İran Hərbi Dəniz Qüvvələri yeni dəniz qanadlı raketləri alıb
KİV: SEPAH komandiri İsrailin hava hücumu nəticəsində öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













