Baş nazir Qazaxıstanın Azərbaycandakı səfirliyində olub, matəm kitabına ürək sözlərini yazıb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 27-də Qazaxıstan Respublikasının ölkəmizdəki səfirliyində olub.
Nazirlər Kabinetinin mətbuat xidmətindən Sizinxeber.Az-a verilən xəbərə görə, Əli Əsədov Aktau şəhərində baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.
Baş nazir Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə söhbət edib.
Əli Əsədov və A.Bayel Azərbaycan və Qazaxıstan xalqları üçün bu çətin və kədərli məqamda bir-birilərinə və həlak olan şəxslərin ailələrinə başsağlıqlarını ifadə etdilər, xəsarət alanların tezliklə şəfa tapmasını diləyiblər.
Hadisənin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ reaksiyaya, müxtəlif dövlət orqanlarının çevik və hərtərəfli dəstəyinə görə Qazaxıstan hökumətinə bir daha minnətdarlıq ifadə olunub.
Oxşar xəbərlər
Azərbaycan və Qazaxıstan təyyarə qəzasının araşdırılması ilə bağlı cinayət işi üzrə istintaqın gedişini müzakirə edib
Azərbaycan və Qazaxıstan Baş nazirləri qəzada həlak olanların nəşinin gətirilməsini müzakirə edib
Qazaxıstan səfiri Azərbaycana təyyarə qəzası ilə bağlı başsağlığı verib
Qazaxıstan səfiri Azərbaycanın diplomatik missiyasını ziyarət edərək başsağlığı verib
Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraq yarıya qədər endirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
