İlham Əliyev Kopenhagendə Moldova prezidenti ilə görüşüb
sizinxeber.az xəbər saytı

İlham Əliyev Kopenhagendə Moldova prezidenti ilə görüşüb


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb.

Sizinxəbər.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib.

Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə edib. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Oxşar xəbərlər

Qazaxıstan Prezidenti Azərbaycan liderini təbrik edib
Maya Sandu Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edib
İordaniyanın Kralı Prezident İlham Əliyevə zəng edib
Azərbaycan lideri Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edib
Moldova Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər