Ötən il şəxsiyyət vəsiqəsi olmayan 9 uşağa doğum haqqında şəhadətnamə verilib
sizinxeber.az xəbər saytı

Ötən il şəxsiyyət vəsiqəsi olmayan 9 uşağa doğum haqqında şəhadətnamə verilib


2025-ci ildə şəxsiyyət vəsiqəsi olmayan 9 uşağa doğum haqqında şəhadətnamə verilib.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.

Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, həmin uşaqlara məhkəmə qərarları əsasında doğum haqqında şəhadətnamələr verilərək müvafiq məlumatlar Azərbaycan Əhalisinin Dövlət Reyestrinə daxil edilib.

Vurğulanıb ki, hər bir uşaq fərdi identifikasiya nömrəsi ilə təmin olunub.

Oxşar xəbərlər

Şəxsiyyət vəsiqəsi olmayan 9 uşağın doğum faktı müəyyən edilib
2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı parlamentə daxil olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər