Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb
sizinxeber.az xəbər saytı

Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 mln. 240 min manatlıq ziyan hesablanıb


2024-2025-ci ildə Sabirabadda kolların qanunsuz götürülməsi səbəbindən 1 milyon 240 min manatlıq ziyan hesablanıb.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında "Yaşıllıqların mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, rayonda kənd təsərrüfatı təyinatlı 6 müəssisə tərəfindən 6 ərazidə 15 min 554 yulğun-saksaul kolu götürülüb. Nəticədə 1 milyon 240 min manatlıq ziyan hesablanıb və o dövrün mövcud qanunvericiliyi əsas götürülərək cinayət tərkibi yaranması səbəbindən Baş Prokurorluğa təqdim edilib:

"Bu kimi hallar digər regionlarda da aşkarlanıb. Yaşıllıqların götürülməsi ətraf mühitə mənfi təsir göstərə bilər. Amma digər tərəfdən, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı da vacibdir".

Xidmət rəisi əlavə edib ki, bu qanun layihəsinin qəbulu, kənd təsərrüfatına mane olan kolların, yaşıllıqların götürülməsinə dair məlumatlandırmanın tətbiqi dövlətin qarşısında duran vacib vəzifələrin icrasına töhfə verəcək.

Oxşar xəbərlər

İki rayonda yaşıllıqların qanunsuz kəsilməsi təbiətə 18 min manatdan çox ziyan vurub
Bakıda ağaclar qanunsuz kəsilib, təbiətə 30 min manatlıq ziyan dəyib
Yaşıllıqların qanunsuz kəsilməsinə görə təbiətə 68 min manatdan çox ziyan dəyib
Bakı və iki rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub
Qanunsuz ağackəsmə faktları ilə təbiətə 3 milyona yaxın ziyan vurulub, cinayət işi başlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər