İcra məmurları tələbi borclunun sərvətinə yönəldə biləcək
sizinxeber.az xəbər saytı

İcra məmurları tələbi borclunun sərvətinə yönəldə biləcək


İcra məmurlarının hüquqlarına dəyişiklik edilir.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı "Dövlət icra məmurları haqqında" qanuna dəyişiklik təklif olunub.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilir.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Xatırladaq ki, qüvvədə olan qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.

Oxşar xəbərlər

Azərbaycanda xüsusi icra məmurları fəaliyyətə başlayacaqlar
İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiq edilib
Dövlət icra məmurlarının funksiyaları müəyyənləşib
Xüsusi icra məmurları fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınacaqlar
Xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri müəyyənləşir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər