Azərbaycan nümayəndə heyəti Özbəkistanın müxtəlif dövlət qurumlarının fəaliyyəti ilə tanış olub
sizinxeber.az xəbər saytı

Azərbaycan nümayəndə heyəti Özbəkistanın müxtəlif dövlət qurumlarının fəaliyyəti ilə tanış olub


Özbəkistana səfər çərçivəsində Azərbaycanın bir sıra dövlət orqan və qurumlarının mətbuat xidmətlərinin nümayəndələri sözügedən ölkənin müxtəlif nazirlik və idarələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

Bu barədə "Sizinxeber.az"un Daşkəntə ezam olunan əməkdaşı xəbər verir.

Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Komitəsi, Rəqabətin İnkişafı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsi, Turizm Komitəsi, eyni zamanda Sahibkarlıq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkili ilə tanışlıq zamanı qonaqlara müvafiq dövlət orqan və qurumlarının fəaliyyət prinsipləri, ictimaiyyətlə əlaqələrin qurulması metodları, informasiya axınının idarə olunması və innovativ kommunikasiya texnologiyalarının tətbiqi, həmçinin ölkənin informasiya siyasətinin əsas istiqamətləri və media ilə səmərəli ünsiyyət mexanizmləri barədə məlumat verilib.

Müzakirələr zamanı hər iki ölkədə kommunikasiya mexanizminin inkişafı istiqamətində atılan addımlar, tətbiq olunan innovativ yanaşmalar və qabaqcıl təcrübələr barədə geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, belə səfərlər peşəkar bilik və bacarıqların artırılması, eləcə də regional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Oxşar xəbərlər

Azərbaycan nümayəndə heyəti Özbəkistanın müxtəlif dövlət qurumlarının fəaliyyəti ilə tanış olublar
Azərbaycan nümayəndə heyəti Özbəkistanın müxtəlif dövlət orqanlarının fəaliyyəti ilə tanış olub
Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan nümayəndə heyəti Özbəkistan İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində olublar
Azərbaycan Deflimpiya Komitəsi beynəlxalq təşkilatın üzvlüyünə qəbul olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər