Özbəkistana səfər çərçivəsində azərbaycanlı jurnalistlər “Sevimli TV” telekanalında olub
Özbəkistana səfər çərçivəsində azərbaycanlı media nümayəndələri “Sevimli TV” telekanalını ziyarət edərək kanalın efir siyasəti, proqram kontenti və yaradıcı komandası ilə tanış olublar.
"Sizinxeber.az"un Daşkəntə ezam olunan əməkdaşının verdiyi məlumata görə, ziyarət zamanı qonaqlar “Sevimli TV”nin studiya və çəkiliş sahələrinə baxış keçiriblər.
Bildirilib ki, 2017-ci ildə yaranan “Sevimli TV” ötən illər ərzində milli kontentin keyfiyyətini artırmaq üçün 50-yə yaxın yeni layihə hazırlayıb, son iki ildə isə 10 yeni milli serial lentə alınıb.
Media nümayəndələrinə kanalın texniki imkanları, müasir avadanlıqlarla təchiz edilmiş montaj otaqları, həmçinin canlı efir prosesləri barədə geniş məlumat verilib.
Eyni zamanda hər iki ölkənin televiziya kanalları arasında əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə edilib, gələcəkdə birgə layihələrin icrası və qarşılıqlı səfərlərin təşkilinin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Laçına səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL THY ilə biznes tərəfdaşlığını gücləndirməyi müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistana səfər edən azərbaycanlı turistlərin sayı 10 min nəfərə yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin iki naziri MİT rəhbəri ilə birgə Özbəkistana gedir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












