“Vatican News”un Azərbaycan dili bölməsi fəaliyyətə başlayıb
“Vatican News”un Azərbaycan dili bölməsi fəaliyyətə başlayıb.
Sizinxeber.az xəbər verir ki, Müqəddəs Taxt-Tacın əsas informasiya agentliklərindən biri olan “Vatican News” veb səhifəsinin Azərbaycan dili bölməsi fəaliyyət göstərməyə başlayıb.
“Vatican News” Müqəddəs Taxt-Tacın xəbər portalıdır.
“Vatican News” çoxdilli, çoxmədəniyyətli, çoxkanallı, multi-media və müxtəlif cihaz platformasında audio, video, mətn və şəkillər vasitəsilə rabitəni və qarşılıqlı əlaqəni təmin edir.
Agentlikdə dörd tematik sahədə, Papanın, Müqəddəs Taxt-Tacın və yerli Kilsələrin fəaliyyəti, habelə dünya xəbərləri ilə bağlı məlumatlar yer alır. “Vatican News” Vatikan Radiosunun dil proqramlarının əməliyyat strukturu üzərində qurulub.
Oxşar xəbərlər
Vatikanın dövlətlərlə əlaqələr üzrə katibi Bakıya səfərə gəlib
Ceyhun Bayramovun Müqəddəs Taxt-Tacın katibi ilə görüşü başlayıb
Müqəddəs Taxt-Tacın katibi Bakıda Müqəddəs Messaya başçılıq edib - FOTO
Azərbaycan Prezidenti: Yeni tikiləcək kilsə Müqəddəs Taxt-Tacla əlaqələrimizin yaxşı rəmzi olacaq
Ceyhun Bayramov Müqəddəs Taxt-Tacın katibi ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













