Audiovizual Şura plastik cərrahların efirə çıxışına qadağa qoyulması ilə bağlı xəbərlərə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Audiovizual Şura plastik cərrahların efirə çıxışına qadağa qoyulması ilə bağlı xəbərlərə münasibət bildirib


"Plastik cərrahların televiziya və radio kanallarının efirinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir".

Bu barədə Sizinxeber.az-ya Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, hər bir yayımçı efirə dəvət etdiyi şəxs və qonaq ilə bağlı özü məsuliyyət daşıyır: "Bu məqsədlə, həmişə olduğu kimi, kanallar efirə hər hansı bir sahədə fəaliyyət göstərən həkimləri dəvət edəndə onlardan fəaliyyət sahələri üzrə malik olduqları sertifikat və ya lisenziyasının olmasına diqqət yetirirlər. Belə sənədi olmayan şəxslər efirə buraxılmır. Son zamanlar da mediada, o cümlədən sosial media səhifələrində plastik cərrahlarla bağlı yayılan məlumatlar televiziya və radio yayımçılarını bu mövzuda diqqətli olmağa vadar edir".

T.Quliyev həmçinin bildirib ki, fəaliyyət istiqaməti üzrə müəyyən sənədləri olan həkimlər efirə sərbəst dəvət oluna bilirlər və bu standart qaydada baş verir.

Oxşar xəbərlər

"Vətəndaş A" serialına görə İTV-yə xəbərdarlıq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura Xəzər TV-yə sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər