Azərbaycanda televiziya, radio və nəşriyyata büdcədən ayırmalar cüzi artırılıb
2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 67,8 milyon manat ayrılacaq.
"Sizinxeber.az"un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,2 % çoxdur.
O cümlədən, gələn il büdcədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 42,6 milyon manat maliyyə yardımı nəzərdə tutulub ki, bu da bu ilə nisbətən eynidir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə yardımı isə 0,1 % artırılaraq 21,8 milyon manata çatdırılıb.
Gələn il “Azərbaycan Nəşriyyatı” MMC-yə büdcədən ayırmalar da bu illə müqayisədə eyni - 2,4 milyon manat olacaq.
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə büdcədən ayırmalar isə 0,95 % artırılaraq 0,7 milyon manata çatdırılıb.
Gələn il Mədəniyyət Nazirliyinin media fəaliyyəti üçün isə büdcədə bu ilə nisbətən eyni məbləğdə - 0,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Oxşar xəbərlər
AzTV öhdəliklərini 37 % azaldıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda ehtiyat fondlarına ayırmalar 9 %-dən çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcbari Tibbi Sığorta Fonduna büdcədən ayırmalar 13 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda publik hüquqi şəxslərə büdcədən ayırmalar 5%-dən çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 %-dən çox artırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













