FHN-in əməkdaşı peşəkar açıq turnirin qalibi olub
FHN-in əməkdaşı peşəkar açıq turnirin qalibi olub
10 avqust 2024-cü il tarixində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan MMA və Qrapplinq Federasiyasının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş qaydasız döyüş üzrə peşəkar açıq turnir keçirilib.
Turnirdə respublikanın müxtəlif klublarından 40-a yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda iştirak edən FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, kiçik çavuş Hüseyn Əhmədov 66kq çəki dərəcəsində ən yüksək nəticə göstərərək turnirin çempionu adına layiq görülüb.
Qalibə Azərbaycan MMA və Qrapplinq Federasiyasının təsis etdiyi kubok və medal təqdim olunub.
FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançı ilə görüşərək onu təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.


Oxşar xəbərlər
FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı dünya çempionatda gümüş medal qazanıb
Fövqəladə Hallar Nazirliyinin atletika komandası yüksək nəticə göstərib
FHN-in atletika komandası yüksək nəticə göstərib
Dövlət qurumları arasında basketbol üzrə respublika birincilyinin qalibi məlum olub
Dövlət qurumları arasında minifutbol turnirinin qalibi bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













