"Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edilib
Naxçıvan Muxtar Respublikasının “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.
APA-nın xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Məlumata görə, Sara Əzimova bundan sonra fəaliyyətini media sahəsi üzrə davam etdirəcək.
Qeyd edək ki, Sara Əzimova 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
2025-ci ildə isə "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.
O, Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, Muxtar Respublikada Televiziya və Radio Şurasının üzvü olub.
Sara Əzimova mütəmadi olaraq mərkəzi və xarici mediada məqalələrlə çıxış edir.
Oxşar xəbərlər
Naxçıvanın Baş nazirinin müavini vəzifəsindən azad edilib
Naxçıvanın iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad olunub
Naxçıvanın Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib
Naxçıvanın təhsil nazirinin müavini vəzifəsindən azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: CAR - Cənubi Koreya oyunu start götürüb
