Bu gün “Qafqazinfo”nun 15 yaşı tamam olur
Bu gün “Qafqazinfo” internet qəzetinin fəaliyyətə başlamasının ildönümüdür.
"Report" xəbər verir ki, portalın 15 yaşı tamam olur.
2010-cu il avqustun 16-da fəaliyyətə başlayan "Qafqazinfo"da Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.
Bundan başqa, paytaxtdan kənar xəbərləri vətəndaşlara daha dəqiq çatdırmaq məqsədilə bölgə müxbirləri də işə cəlb olunub. 24 saat fasiləsiz yenilənən saytda Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur.
Eynin zamanda, portalda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.
“Report” İnformasiya Agentliyinin kollektivi “Qafqazinfo”da çalışan həmkarlarını təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayır!
Oxşar xəbərlər
Yenicag.az saytının 17 yaşı tamam olur
Caliber.az portalının 4 yaşı tamam olur
Ölkə.Az 11 yaşını qeyd edir
Bu gün ARB telekanalının 11 yaşı tamam olur
Day.az informasiya portalının 21 yaşı tamam olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












