Medianın İnkişafı Agentliyi: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, qeyd olunan media subyekti ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməkdədir: “Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı” sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı foto ilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərək auditoriyanı yanlış istiqamətə yönləndirmişdir. Saytın lentində rast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də bu qəbildəndir.
Xatırladırıq ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təmin etmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkə qanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir. Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və ya videolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır. Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərində ölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikası qaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə səsləyirik”.
Oxşar xəbərlər
TASS agentliyi Xankəndi ilə bağlı dərc etdiyi xəbərin sərlövhəsini dəyişib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
TASS agentliyi Xankəndi ilə bağlı xəbərdə növbəti dəfə düzəliş edib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA: Azərbaycandan digər ölkəyə silah daşınması barədə məlumatlar reallığı əks etdirmir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Medianın İnkişafı Agentliyi “Euronews”la birlikdə jurnalistlər üçün təlim keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












