"Euronews" telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj hazırlayıb - VİDEO
"Euronews" telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj hazırlayıb.
Sizinxeber.az xəbər verir ki, reportaj "III Şuşa Qlobal Media Forumunda süni intellekt müzakirə mərkəzində" adı ilə yayımlanıb.
Qeyd olunub ki, forumda dünyanın aparıcı xəbər agentliklərinin, texnologiya şirkətlərinin və elmi-tədqiqat institutlarının təmsilçiləri çıxış edərək, süni intellektin inkişafı fonunda yaranan çağırışlar – dezinformasiyanın yayılması, etik standartların müəyyənləşdirilməsi və media savadlılığının artırılması kimi məsələləri müzakirə ediblər.
"Çıxış edənlər sürətlə dəyişən informasiya mühitində medianın dayanıqlığını təmin etmək üçün ölkələr arasında daha sıx əməkdaşlığa ehtiyac olduğunu vurğulayıblar. Redaksiya prosesində süni intellektin məsuliyyətli tətbiqi mövzusu xüsusi diqqət mərkəzində olub. Azərbaycan üçün bu forum həm də regionun qlobal informasiya proseslərində artan rolunu nümayiş etdirmək, həmçinin süni intellektə uyğunlaşmaq və media etikasını gücləndirmək öhdəliyini göstərmək baxımından əhəmiyyətli platforma olub", - telekanal vurğulayıb.
Oxşar xəbərlər
MEDİA-nın nümayəndə heyəti II Mərkəzi Asiya Media Forumunda iştirak edir - FOTO
III Şuşa Qlobal Media Forumunun üçüncü günü başlayıb - FOTO
"Euronews" telekanalı XII Qlobal Bakı Forumuna həsr olunan reportaj hazırlayıb - VİDEO
TRT World-ün aparıcısı: Bir çox insan media savadlılığının nə olduğunu anlamır
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












