III Şuşa Qlobal Media Forumunun iştirakçıları İmarət Saray Kompleksində olublar
sizinxeber.az xəbər saytı

III Şuşa Qlobal Media Forumunun iştirakçıları İmarət Saray Kompleksində olublar


III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam şəhərindəki İmarət Saray Kompleksində olublar.

“Report”un xəbərinə görə, qonaqlar Qarabağın zəngin mədəni irsi, xüsusən də qədim Ağdam şəhərinin tarixi ilə yaxından tanış olub, həmçinin rayonda fəal şəkildə aparılan bərpa işlərinin miqyasını şəxsən qiymətləndirmək imkanı əldə ediblər.

İmarət Saray Kompleksi 2024-cü il sentyabrın 19-da genişmiqyaslı bərpa işlərindən sonra istifadəyə verilib. Yerli və xarici mütəxəssislərin iştirakı ilə 2023-cü ildə bərpa və arxeoloji tədqiqat işlərinə başlanılıb. 3,3 hektar ərazini əhatə edən kompleksə mərasim zalları, məqbərələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının nümayişi üçün nəzərdə tutulmuş atçılıq kompleksi və müasir ziyarətçi mərkəzi daxildir.

Xatırladaq ki, iyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və medianın dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu öz işinə başlayıb. Forum iyulun 21-dək davam edəcək.

Oxşar xəbərlər

Diplomatlar Ağdamda "İmarət" Saray Kompleksində olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
3-cü Şuşa Qlobal Media Forumu işinə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün 3-cü Şuşa Qlobal Media Forumu işə başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər