Xavier Nelson: Azərbaycan Prezidentinin hər bir sualı cavablandırması əlamətdar bir an idi
sizinxeber.az xəbər saytı

Xavier Nelson: Azərbaycan Prezidentinin hər bir sualı cavablandırması əlamətdar bir an idi


Azərbaycan Prezidenti İlham Əliyevin hər bir sualı cavablandırması əlamətdar bir an idi.

Bunu Sizinxeber.az-ya açıqlamasında III Şuşa Qlobal Media Forumunda iştirak edən Fransız Qvianasının media nümayəndəsi Xavier Nelson deyib.

Xavier Nelson bildirib ki, Şuşa Qlobal Media Forumunda iştirak etməkdən məmnundur: “Foruma Bakı Təşəbbüs Qrupu tərəfindən dəvət olunmuşam, tədbir məni heyran etdi. Dünən Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə apardıq. Azərbaycan Prezidenti hər bir qonağın suallarını cavablandırdı və bu, mənim üçün əlamətdar bir an idi. Bu gün media savadlılığı mövzusunda panel maraqlıdır. Media və süni intellektə gəlincə, bu, həm fürsət, həm də bir çağırışdır. Öz peşəmizdə media savadlılığını necə qoruyub saxlaya biləcəyimizi araşdıracağıq”.

Xavier Nelson tədbirlə əlaqədar təşkilatçılığı yüksək qiymətləndirib: “Təşkilatçılıq, hər şeyin necə həyata keçirildiyi məni valeh etdi. Azərbaycana qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.

Oxşar xəbərlər

III Şuşa Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edib - VİDFO - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti Media Forumunda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Qlobal Media Forumunda panel müzakirələri baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nelson “Galatasaray”dan “Roma”ya keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər