Pekində Azərbaycanla Çin arasında media sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
Medianın İnkişafı Agentliyinin (MEDİA) nümayəndə heyəti Çinə səfəri çərçivəsində "Sinxua" İnformasiya Agentliyində olub.
Bu barədə "Sizinxeber.az"a MEDİA-dan məlumat verilib.
"Sinxua" İA-nın rəhbərliyi ilə görüş zamanı Agentliyin İcraçı direktoru Əhməd İsmayılov bu aprelində Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın və digər sənədlərin imzalanmasının mövcud münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltdiyini deyib.
"Sinxua" agentliyinin prezidenti Fu Hua rəhbərlik etdiyi qurumun beynəlxalq informasiya əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edərək Azərbaycanla media sahəsində əməkdaşlığın inkişafının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.
O bildirib ki, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri zamanın sınağından keçmiş və möhkəm təməl üzərində qurulub. Fu Hua "Sinxua" ilə AZƏRTAC-ın son illərdə bir çox istiqamətdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq, bir-birinin media layihələrinə dəstək verdiyini, mütəmadi xəbər mübadiləsi apardığını diqqətə çatdırıb.
AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev rəhbərlik etdiyi agentliyin "Sinxua" ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib, agentliklərin sıx əməkdaşlıq etdiyini deyib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb, tərəflər arasında əlaqələrin genişləndirilməsi üçün gələcək addımlar müzakirə edilib.
Oxşar xəbərlər
Azərbaycan nümayəndə heyəti 30-cu Şanxay Televiziya Festivalında iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












