

Almaniya polisi şəxsi avtomobilini oğurlayan şəxsi saxlayıb
Almaniyanın Mannheym (Baden-Vürtemberq federal ərazisi) şəhərinin sakini əvvəllər Rumıniyaya səfəri zamanı oğurlanmış şəxsi avtomobilini özü yenidən oğurladıqdan sonra yerli polis tərəfindən saxlanılıb.
“Report” xəbər verir ki, qəribə hadisə ilə bağlı DPA agentliyi məlumat yayıb.
Məlumata görə, 27 yaşlı sakin aprelin sonunda Rumıniyaya qohumlarının qonağı olub və orada BMW markalı avtomobili oğurlanıb. Həmin şəxs bu barədə Rumıniya polisinə və onun sığortaçısına məlumat verib.
Bir neçə həftə sonra avtomobili 38 yaşlı Dortmund sakini alıb. Geolokasiya məlumatları sayəsində nəqliyyat vasitəsinin ilk sahibi avtomobilin yerini müəyyən edə bilib, lakin tapıntı barədə polisə məlumat verməyib və özü Dortmund şəhərinə gedərək, avtomobilin qapısını öz açarı ilə açıb, Mannheymə geri sürüb.
Avtomobilin yeni sahibi polislə əlaqə saxlayıb və hüquq-mühafizə orqanlarının əməkdaşları geolokasiyadan istifadə edərək avtomobilin yerini müəyyənləşdirərək oğrunu saxlayıblar. Həmin şəxs avtomobili 2017-ci ildə Böyük Britaniyada aldığını təsdiq edən sənədləri polisə təqdim edib.
Dortmund polisinin sözçüsü agentliyə bildirib ki, hazırda bu işdə iki zərərçəkən var.
İndi müstəntiqlər polis tərəfindən ələ keçirilən avtomobilin əmlak vəziyyətini dəqiqləşdirməli, həmçinin nəqliyyat vasitəsini Rumıniyada oğurlayanlarla bağlı araşdırma aparmalı olacaqlar. Mannheym sakininin oğurlanmış avtomobili icazəsiz geri qaytarmağa cəhd etdiyinə görə cəzalandırılıb-çəkilməyəcəyi hələ də məlum deyil.
Oxşar xəbərlər
Ştutqartda avtomobilin insanların üzərinə sürülməsi nəticəsində bir neçə nəfər xəsarət alıb
FTB: Luizianada avtomobilin insanların üzərinə sürülməsi terror aktı kimi təhqiq ediləcək
Bakıda 4 avtomobil qəzaya uğrayıb, yeniyetmə xəsarət alıb - FOTO
Tbilisidə etiraz aksiyası zamanı polis avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb
Münxendə avtomobili izdihamın üstünə sürən şəxs əfqan mənşəli olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Cənubi Karolinanın Qrinvil şəhərində 28 May “Azərbaycanın Müstəqillik Günü” elan edilib
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
