“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb
sizinxeber.az xəbər saytı

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb


AZCON Holding şirkətlərindən olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmir olunub. 

"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri, maşın şöbəsindəki nasoslar, hava kompressorları, soyuducular və seperatorlar sazlanıb.

Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.

“Teymur Əhmədov” quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri də əsaslı təmir edilib.

Gəmidə yerləşən bütün rabitə və elektroradionaviqasiya avadanlıqları təmir olunub, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə əvəzlənib. Burada müasir tip yeni “Inmarsat-C” peyk rabitə terminalı, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, elektron xəritə (ECDİS), radiolokasiya stansiyası, maqnit kompas, komanda yayım qurğusu quraşdırılıb.

İşlər başa çatdıqdan sonra gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra üzən vasitə yenidən istismara qaytarılıb.

“Teymur Əhmədov” gəmisinin uzunluğu 118,7, eni 13,4 metr, yükgötürmə qabiliyyəti isə 3 100 tondur. 

Oxşar xəbərlər

ASCO-nun “Nəsimi” tankeri təmir edilib
“Zəngəzur” tankeri əsaslı təmir olunub
ASCO-nun “Professor Gül” gəmi-bərəsi təmirdən sonra istismara qaytarılıb
ASCO-nun “TMI-6” barjı əsaslı təmir edilib
ASCO: “Atlet-8” kran gəmisi əsaslı təmir olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər