Parisdə Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub
sizinxeber.az xəbər saytı

Parisdə Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub


Fransanın paytaxtı Paris şəhərində 28 May – Müstəqillik Günü və Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

"Report"un Fransa bürosunun verdiyi məlumata görə, tədbirdə yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri və Fransada yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Fransa dövlət himnləri səsləndirilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və həyata keçirdiyi islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, sinfindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi və vətəndaşlıq hüquqları təmin edib, ilk dəfə olaraq qadınlara seçki hüququ verib və qadın-kişi bərabərliyini təsbit edib.

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev Azərbaycan Respublikasının bu gün dünya mədəni irsinin qorunması istiqamətində atdığı addımlar haqqında danışıb. O bildirib ki, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti inkişafı prosesləri uğurla davam etdirilir.

Azərbaycanın Fransadakı səfirliyinin hərbi attaşesi, polkovnik-leytenant Cavid Abdullayev çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, inkişaf yolu, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün, həmçinin milli təhlükəsizliyimizin əsas qoruyucusu kimi şərəfli missiyası və qazandığı zəfərlər barədə məlumat verib. O qeyd edib ki, Azərbaycanda Silahlı Qüvvələri ilk dəfə ötən əsrin əvvəllərində yaradılıb.

Hərbi attaşe vurğulayıb ki, Azərbaycan regionda ən güclü ordulardan birinə malikdir. O əlavə edib ki, Vətən müharibəsində ordumuzun Zəfər qazanması, ərazi bütövlüyümüzün bərpası və pozulmuş beynəlxalq hüququn bərpa olunması bu gücün bariz nümunəsidir.

Oxşar xəbərlər

Türkiyədə Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Bakıda Yunanıstanın Milli Günü münasibətilə rəsmi qəbul keçirilir
Gürcüstan səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər