Naxçıvanda bank hesablarının sayı 72 %-dən çox artıb
Bu il aprelin 1-nə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklarında 432 105 bank hesabı olub.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.
Bu, 2025-ci il aprelin 1-nə nisbətən 72,2 % çoxdur.
Bank hesablarının 364 530-u cari, 65 463-ü kredit, 2 112-si isə əmanət (depozit) hesablarıdır. Bunlar isə illik müqayisədə müvafiq olaraq 99,7 % çox, 2 % az və 27,8 % çoxdur.
Bank hesablarının 4 323-ü hüquqi, 427 782-si isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 19,5 % çox və 72,9 % çoxdur. Fiziki şəxslərin hesablarının isə 25 278-i fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 17,6 % artma deməkdir.
Bu ilin yanvar-mart aylarında muxtar respublikada 26 618 yeni bank hesabı açılıb ki, bu da 2025-ci ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur. Yeni hesabların 206-sı hüquqi, 26 412-si isə fiziki şəxslərə məxsusdur. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 24,5 % az və 2,1 dəfə çoxdur. Yeni açılan fiziki şəxslərin hesablarının 2 669-u fərdi sahibkarların hesablarıdır. Bu da illik müqayisədə 43,6 % artım deməkdir.
Oxşar xəbərlər
Naxçıvanda banklardakı əmanət hesablarının sayı 39 %-ə yaxın artıb
"Turan Bank" maliyyə vəziyyətini açıqlayıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu il ərzində 9 %-ə yaxın artıb
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 %-ə yaxın artıb
Azərbaycan duru bitki yağı və marqarin istehsalını artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
