Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 20 %-ə yaxın artıb
Bu ilin martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 402,9 milyon manat təşkil edib.
“Sizinxeber.az” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3%, ilin əvvəli ilə müqayisədə 0,4 %, ötən ilin eyni dövrünə nisbətən 19,4 % çoxdur.
Kredit qoyuluşunun 20 milyard 382,2 milyon manatı və yaxud 69,3 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,5 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 210,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 22,8 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,8 %-dən 24,5 %-ə yüksəlib.
Martın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 810,6 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,2%-dən 6,2 %-ə çatıb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.
Oxşar xəbərlər
Azərbaycan əhalisinin borclanma səviyyəsi 4 faiz bəndi artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfə artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycandakı kredit ittifaqlarının zərəri 80 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 7 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 9 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












