Qazaxıstan qeyri-rezidentlərin dövlət istiqrazlarına investisiyaları 5 mlrd dollaradək artırır
Qeyri-rezidentlərin dövlət istiqrazlarına investisiyaları birbaşa iqtisadi siyasətə və dövlət qurumlarına olan etibar səviyyəsindən asılıdır.
"Report"un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədr müavini Nurjan Tursunxanov bu barədə Asiya İnkişaf Bankının (AİB) İdarə Heyətinin 59-cu illik toplantısı çərçivəsində kapital bazarları seminarında bildirib.
Onun sözlərinə görə, kapital bazarının inkişaf səviyyəsi bütün maliyyə sisteminin yetkinliyinin göstəricisidir.
"Bank sektorunun dominantlığı bir qayda olaraq inkişafın erkən mərhələsini göstərir. Tam hüquqlu kapital bazarı, hər şeydən əvvəl etibar məsələsidir. Beş il əvvəl biz Qazaxıstanın dövlət istiqrazlarına ən azı 1-2 milyard dollar qeyri-rezident investisiya cəlb etməyi gözləyirdik. Ötən il bu göstərici milli valyutada denominasiya edilmiş kağızlara 2 milyard dollar sərmayəyə çatıb", - o qeyd edib.
N. Tursunxanov vurğulayıb ki, bu nəticə mərkəzi bankın proqnozlaşdırıla bilən siyasəti və tənzimləyiciyə yüksək səviyyədə etimad sayəsində mümkün olub.
"Bundan əlavə, son altı ayda qeyri-rezident investisiyalarının həcmi faktiki olaraq ikiqat artıb - 2 milyard dollardan təxminən 5 milyard dollara qədər. Bu, əyani şəkildə nümayiş etdirir ki, güclü və etibarlı tənzimləyici effektiv fəaliyyət göstərən kapital bazarının inkişafında əsas amildir ", - o əlavə edib.
Oxşar xəbərlər
Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır
Umeyra İbrahimova: "Kapital bazarının inkişafı iqtisadi artımın stimullaşdırılmasında həlledici rol oynayacaq"
AİB-nin vitse-prezidenti: Dərin kapital bazarları olmadan CAREC-in potensialı məhdud olaraq qalacaq
Azərbaycan və BƏƏ-nin kapital bazarları arasında əməkdaşlıq əlaqəsi qurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
