"Optimal Finance" BOKT-un lisenziyası ləğv olunub
Azərbaycan Mərkəzi Bankı (AMB) "Optimal Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Qurum xatırladıb ki, "Bank olmayan kredit təşkilatları haqqında" qanuna edilmiş dəyişiklərə əsasən, eləcə də "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası"nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində AMB-nin İdarə Heyətinin müvafiq qərarları ilə "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası" təsdiq edilib.
Qaydaya əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni BOKT-lara 1 milyon manat kapital tələbi qoyulub. Bu tələbə əməl etməyən "Optimal Finance"a icrası məcburi olan göstərişlər verilib. Lakin, ötən dövrdə kapital tələbinə əməl edilməyib. Odur ki, "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 25.1.4-cü maddəsinə əsasən, 29.12.2020-ci il tarixli, BKT-37 nömrəli lisenziya ləğv edilib.
Qanunun 25.4-cü maddəsinə əsasən, kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.
AMB-nin fəaliyyətini requlyativ tələblər əsasında daim nəzarətdə saxlamaqla qanunvericiliklə tələb olunan zəruri addımları atmaqda davam edəcək.
Oxşar xəbərlər
Mərkəzi Bank “Optimal Finance BOKT"nin lisenziyasını ləğv edib
Mərkəzi Bank 5 BOKT-nun vəzifəli şəxslərini cərimələyib
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
AMB: BOKT-lara yeni kapital tələbini yerinə yetirmək üçün 3 ay vaxt verilib - MÜSAHİBƏ
"Falcon Finance" BOKT ötən ili zərərlə başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
