Azərbaycanda I rübdə pensiyalara 2 milyard manata yaxın vəsait xərclənib
sizinxeber.az xəbər saytı

Azərbaycanda I rübdə pensiyalara 2 milyard manata yaxın vəsait xərclənib


Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 % (187 milyon manat) çox olmaqla 1 milyard 955 milyon manat vəsait yönəldilib.

"Sizinxeber.az" bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.

Cari ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.

Yanvar-mart ayları ərzində 11 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 190 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Oxşar xəbərlər

Bu ilin birinci rübündə pensiyalara 1 mlrd. 955 mln. manat vəsait yönəldilib
Bu il pensiya ödənişlərinə yönəldilən vəsait açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər