"Bank Avrasiya" zərərlə işləməyə başlayıb
"Bank Avrasiya" ASC bu ilin I rübünü 937 min manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünən 1,977 milyon manat mənfəətlə çıxmışdı.
"Sizinxeber.az" xəbər verir ki, yanvar-mart aylarında "Bank Avrasiya"nın əməliyyat gəlirləri 5,093 milyon manat (1 il əvvələ nisbətən 8,9 % çox), əməliyyat xərcləri 3,561 milyon manat (25,9 % çox), xüsusi ehtiyatlara ayırmaları 2,548 milyon manat (21,6 dəfə çox), gözlənilməz gəlirləri isə 80 min manat (3,1 dəfə az) təşkil edib.
Bu il aprelin 1-nə "Bank Avrasiya"nın aktivləri 213,948 milyon manat olub ki, bu da illik müqayisədə 8,9 % çoxdur. Bunun 118,942 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 0,5 % böyüyüb.
Hesabat dövründə "Bank Avrasiya"nın öhdəlikləri 13,7 % artaraq 124,913 milyon manata, o cümlədən depozit portfeli 26,8 % artaraq 72,754 milyon manata, balans kapitalı isə 2,9 % artaraq 89,035 milyon manata çatıb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,8 milyon manatdır. Bankın səhmlərinin 49,5 %-i "Azbizneskom" MMC-yə, 49,5 %-i "Top Properties" MMC-yə, 1 %-i isə Rüstəm Eynullayevə məxsusdur.
Oxşar xəbərlər
“Zıraat Bank Azərbaycan"ın mənfəəti azalıb
“Premium Bank”ın depozit portfeli 5 % azalıb
Azərbaycan BOKT-ları I yarımildə 13 milyon manatdan çox zərər edib
"Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 2 dəfədən çox artıb
"Bank VTB Azərbaycan"ın depozit portfeli 15 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
