"Azercell"dən "MiFi" və "Wi-Fi" cihazları ilə istənilən yerdə onlayn ol!
Şirkət 32-yə qədər istifadəçini dəstəkləyən cihazları xüsusi şərtlərlə təqdim edir
"Azercell Telecom" MMC yeni kampaniya çərçivəsində müştərilərinə sərfəli şərtlərlə yüksək sürətli mobil internetə çıxış imkanı yaradır. Kampaniya daxilində təqdim olunan üç fərqli internet tarifindən birini seçən abunəçilər "MiFi" və ya "Wi-Fi" cihazını fakturalı nömrə ilə birlikdə hədiyyə olaraq əldə edirlər.
Təklifə əsasən, istifadəçilər aylıq 39 AZN qarşılığında 60 GB, 49 AZN qarşılığında 100 GB, 59 AZN qarşılığında isə 200 GB həcmində internet paketindən yararlana bilərlər.
Müasir dizayn və funksionallığı ilə seçilən "MiFi" və "Wi-Fi" cihazları istifadəçilərə istənilən məkanda stabil və fasiləsiz internet bağlantısı təqdim edir. Cihazlar eyni anda 32-yə qədər istifadəçinin şəbəkəyə qoşulmasını dəstəkləyərək həm fərdi, həm də komanda istifadəsi üçün optimal həll yaradır.
Kampaniya çərçivəsində cihazlar illik müqavilə əsasında tamamilə pulsuz təqdim olunur. Təklifdən yararlanmaq üçün seçilmiş internet paketindən minimum 12 ay müddətində istifadə edilməsi nəzərdə tutulur.
Yeni kampaniyadan yararlanmaq üçün Azercell satış və xidmət mərkəzlərinə müraciət etmək kifayətdir.
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/special-offers/istenilen-vaxt-ve-istediyin-yerde-onlayn-ol.html
Oxşar xəbərlər
"Azercell Telecom"dan xüsusi "OPPO" kampaniyası!
Azercell yeni Wi-Fi cihazını təqdim edib
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
