ADB: "Azərbaycanda inflyasiya mülayim olaraq qalır"
Azərbaycanda inflyasiyanın səviyyəsi ölçülmüş makroiqtisadi siyasət və xammal qiymətlərinin sabit dinamikası sayəsində mülayim olaraq qalır.
"Report" xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Qafqaz, Mərkəzi və Qərbi Asiya üzrə baş iqtisadçısı Corc Luarsabişvili "Asian Development Outlook" (ADO) icmalının aprel sayının təqdimatına həsr olunmuş mediabrifinqdə bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə Qafqaz, Mərkəzi və Qərbi Asiya subregionunda inflyasiya Türkiyənin göstəriciləri nəzərə alınmaqla 25,6 %-ə çatıb.
"Qazaxıstanda həyata keçirilən sərt pul-kredit siyasətinə baxmayaraq, ayrı-ayrı ərzaq kateqoriyaları və kommunal xidmətlər üzrə qiymətlərin artması, həmçinin tengenin rus rubluna qarşı zəifləməsi fonunda inflyasiya sürətlənib. Türkiyədə isə inflyasiya 2025-ci il ərzində nəzərəçarpacaq dərəcədə yavaşlasa da, hələ də yüksək olaraq qalır. Əsas təzyiqi ərzaq və daha az dərəcədə enerji daşıyıcılarının qiymətləri formalaşdırır, eyni zamanda xidmət sektorunda inflyasiya əmtəə inflyasiyasını üstələyir – bu tendensiya 2023-cü ildən müşahidə olunur", - o qeyd edib.
C.Luarsabişvili vurğulayıb ki, Qırğızıstanda ərzağın bahalaşması, kommunal xidmət tariflərinin artması və milli valyutanın zəifləməsi səbəbindən yüksək inflyasiya təzyiqi qalmaqdadır.
Eyni zamanda Özbəkistanda sərt pul-kredit siyasəti və məzənnənin möhkəmlənməsi sayəsində inflyasiya yavaşlayıb.
"Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda inflyasiya səviyyəsi ölçülmüş siyasət və xammal qiymətlərinin sabitliyi hesabına ümumilikdə mülayim qalıb", - G.Luarsabişvili əlavə edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 2025-ci ildə 5,6 % təşkil edib.
ADB-nin proqnozlarına görə, 2026-cı ildə ölkədə inflyasiya orta hesabla 5,7 % təşkil edəcək, 2027-ci ildə isə 4,9 %-ə qədər yavaşlayacaq.
Oxşar xəbərlər
ADB 2024-cü və 2025-ci illər üçün Azərbaycan üzrə inflyasiya proqnozunu əhəmiyyətli dərəcədə azaldıb
AİB Azərbaycan üçün 2025-ci il inflyasiya proqnozunu artırıb
ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib
ADB Azərbaycanın inflyasiya proqnozunu sabit saxlayıb
EBRD: Azərbaycanda orta illik inflyasiya 2024-cü ildə 3,5 %-ə qədər azalacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
