Tahir İmanov efirdə ağladı - Video
Biz Şuşanı bir saniyə belə unutmamışıq. Hələ işğal dövründə evimizdə ancaq Şuşanın şəkilləri idi.
Kult.az Bakupost.az-a istinadla xəbər verir ki, bu sözləri əməkdar artist Tahir İmanov “Söhbət var” proqramında bildirib.
Danışarkən göz yaşlarını saxlaya bilməyən artist onu yalançı vətənpərvərlikdə ittiham edənlərə də münasibət bildirib:
“Bəziləri deyirdi, 44 günlük müharibə olanda siz harada idiniz? Müharibə başlayan kimi səhəri gün Cabir mənə zəng edib dedi ki, ola bilsin sağollaşmayaq, mən yazılmışam, istənilən an məni apara bilərlər. Ondan xəbərsiz mən getmişəm yazılmağa, məndən də xəbərsiz o gedib. Birincisi, məni yaşa görə aparmadılar. Cabir də elə yerdə işləyirdi ki, rəhbərləri dedilər ki, sənin növbən çatanda mütləq sən də gedəcəksən. Sən hələlik bu sahədə dövlətə lazımsan. O, Şuşaya can atırdı. 30 il ərzində Şuşasız bizim bir günümüz belə keçməyib".
Oxşar xəbərlər
"Mən qardaşdan yetim qaldım" - Tahir İmanov
"Dedi ki, nə arzulayırsa, yüksək səviyyədə təşkil edin"
Cabir İmanov idman zalında vəfat etdi
DTX rəisi Cabir İmanovla vida mərasiminə qatıldı
Mehriban Əliyeva: "Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

