Çaylarda sululuq artıb, Zəyəmçaydan sel keçir
sizinxeber.az xəbər saytı

Çaylarda sululuq artıb, Zəyəmçaydan sel keçir


Çaylarda sululuq artıb.

Bu barədə Sizinxeber.az-ya Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağan leysan xarakterli intensiv yağışlar nəticəsində hazırda Tovuz rayonu ərazisindən axan Zəyəmçay çayından sel keçir.

"Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Kiçik Qafqaz ərazisindən axan Kürəkçayda 10 sm, Gəncəçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçayda 26 sm, Oxçuçay və Həkəriçayda 3 sm, Tərtərçay və Tutqunçayda 2 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 50 sm, Kür-Surrada 23 sm, Kür-Şirvanda 14 sm, Kür-Bankədə 6 sm, Kür-Salyanda 4 sm, Kür-Yevlaxda 2 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda 3 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 10 sm artıb, su sərfi 143 m3/san olmaqla normanın 73%-ni təşkil edir", - məlumatda bildirilib.

Oxşar xəbərlər

Çaylarda sululuq artıb, sel və daşqın ehtimalı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ondan çox çayda artım qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağıntılarla əlaqədar çaylarda sululuq artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kürdə suyun səviyyəsi 9 sm qalxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qıraqkəsəmən məntəqəsində Kürün səviyyəsi 26 sm artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər