Sadə bir təbəssüm ağrı və stressi aradan qaldıra bilər
İrvayn Kaliforniya universitetinin amerikalı alimləri sübut ediblər ki, ağrılı və ya stresli vəziyyətlərdə gülümsəmək xoşagəlməz hisslərin və gərginliyin öhdəsindən gəlməyə kömək edir.
“Report” xəbər verir ki, araşdırma “Journal of Positive Psychology” elmi jurnalında dərc olunub.
Təcrübədə 57 tələbə iştirak edib və onlar əllərini iki dəqiqəyə qədər buzlu suda saxlayıblar. Onların ürək döyüntüləri və üz ifadələri sensorlar və videokameralar vasitəsilə qeydə alınıb.
Tapşırıq zamanı gülümsəyən iştirakçıların gülümsəməyənlərə nisbətən daha az ürək döyüntüləri (dəqiqədə 7-8 döyüntü) olub. Tədqiqat müəllifi Cazlin H. Luu bildirib ki, təbəssüm narahatlığın öhdəsindən gəlməyə kömək edəcək təbii mübarizə mexanizmi ola bilər.
Təbəssüm dərhal ağrı hissini azaltmasa da, daha uzun müddət gülümsəyən iştirakçılar tapşırığı yerinə yetirdikdən sonra müsbət emosiyalar yaşadıqlarını bildiriblər.
Oxşar xəbərlər
Ürək sağlamlığını effektiv şəkildə gücləndirən təbii maddələr açıqlanıb
Bir qan testi qadında növbəti 30 il üçün infarkt və insult riskini proqnozlaşdıra bilər
Alimlər zədələnmiş neyronları olan insanlara görmə qabiliyyətini qaytarmağa kömək edəcək maddə kəşf ediblər
Xoşbəxt həyat üçün əsas amillər
Alimlər zeytun yarpaqlarının qan təzyiqini aşağı salmağa kömək etdiyini müəyyən ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
