Zaqatalada 65 illik muzeydə heyvan müqəvvaları saxlanılır
Zaqatalada 65 illik muzeydə heyvan müqəvvaları saxlanılır.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala Təbiət Muzeyi 1959-cu ildə Dövlət Təbiət Qoruğunun nəzdində yaradılıb.
Dörd otaqdan ibarət muzeydə qoruqda mühafizə olunan yüzlərlə fauna növünün müqəvvası nümayiş etdirilir. Burada Qafqaz nəcib naralı, Qafqaz qonur ayısı, canavar, Şərqi Qafqaz turu, qartalların bütün növləri və digər vəhşi heyvanlar ovlanaraq içləri çıxarılıb və dərmanlanıb.
Muzeyin girişində Qoruğun meşə relyefinin təsvirini əks etdirən stend, şəkillər, quşların müqəvvaları və bir sıra maraqlı məlumat lövhələri nümayiş olunur.
Muzeyə hər il xeyli sayda məktəbli gələrək qoruğun zəngin təbiəti, burada mühafizə olunan nadir fauna nümunələri ilə tanış olmaq imkanı əldə edirlər.
Qeyd edək ki, geniş əraziyə malik olan Zaqatala Dövlət Təbiət Qoruğunda Qırmızı kitaba düşən xeyli sayda heyvan var və bu heyvanların ovlanması qadağandır.
Oxşar xəbərlər
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədləri və mühafizə zonası təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qubada onlarla xırdabuynuzlu heyvan tələf olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaqatalada 4 yaşlı uşağı motosiklet vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daşaltı yasaqlığının sanitar mühafizə zonasının xəritə layihəsi razılaşdırılma mərhələsindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












