Paşatəpə tarixi abidəsində arxeoloji tədqiqat işləri aparılır
Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə tarixi abidəsində növbəti arxeoloji tədqiqat işləri aparılır.
"Report"un Muğan bürosunun məlumatına görə, tədqiqat işlərinə AMEA-nın Arxeologiya və Antropologiya İnstitunun baş elmi işçisi, Muğan Neolit-Eneolit ekspedisiyasının rəhbəri, t.e.d Vəfa Mahmudova tərəfindən aparılır.
V.Mahmudovanın sözlərinə görə, qədim yaşayış məskəni olan abidə 9 min əvvələ aid edilir.
Qeyd edək ki, əvvəllər burada neolit dövrünə aid saxsıdan, sümükdən və dəvəgözü daşından hazırlanmış çoxsaylı məişət, bəzək əşyaları üzə çıxıb. Eləcə də, bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkar edilib.
Məlumat üçün bildirək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınıb.
Oxşar xəbərlər
Cəlilabadda tarixi abidənin ətrafına mühafizə zolağı çəkilib
AMEA: Azıx mağarasında laboratoroji işlərə başlanılıb
Astarada qədim dövrə aid unikal memarlıq nümunəsi aşkar edilib
Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlanıb
Cəlilabadın iki yaşayış məntəqəsində qazlaşma işləri aparılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?












