Cəlilabadda tarixi abidənin ətrafına mühafizə zolağı çəkilib
Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən “Paşatəpə” abidəsinin ətrafına mühafizə zolağı çəkilib.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, rayonunun Cəfərxanlı kəndində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə “Paşatəpə” abidəsində mövsümi olaraq qazıntı işləri aparılır.
Neolit dövrünə aid olan bu qədim yaşayış məskənində son günlərdə tarixi əhəmiyyət kəsb edən nadir tapıntılar tapılıb. Bu səbəbdən abidənin Azərbaycan tarixi üçün verə biləcəyi böyük əhəmiyyəti dəyərləndirilərək onun mühafizəsinin gücləndirilməsi məqsədilə ətrafının hasarlanmasına göstəriş verilib.
“Paşatəpə” tarixi abidəsinin qorunması məqsədilə ətrafına 270 metr metal-tor və tikanlı məftillərlə mühafizə zolağı çəkilib.
Oxşar xəbərlər
Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
