Cəlilabadda dəmir dövrünə aid məişət əşyaları aşkarlanıb
Cəlilabad rayonunda dəmir dövrünə aid məişət əşyaları aşkar olunub.
Bu barədə "Sizinxeber.az"un Muğan bürosuna yerli tarixçi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, arxeologiya üzrə doktorant Ələsgər Mirzəzadə məlumat verib.
Onun sözlərinə görə, tapıntılar rayonun Uzuntəpə kəndi ərazisində təsərrüfat işləri zamanı üzə çıxıb.
Tarixçi qeyd edib ki, maddi-mədəniyyət nümunələri sözügedən universitetin tələbələrdən biri tərəfindən təhsil müəssisəsinin muzeyinə təhvil verilib.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin "Sizinxeber.az"un yerli bürosuna verdiyi məlumata görə, tapıntılar eramızdan əvvəl VIII-VII əsrlərə, dəmir dövrünə aid Muğan arxeoloji mədəniyyətinə məxsus maddi mədəniyyət nümunələridir: "Bu maddi mədəniyyət tapıntılarının ilk nümunələri XX əsrin 30-cu illərində Bakı-Ələt-Astara dəmir yolu xətti çəkilərkən Cəlilabadın indiki Uzuntəpə kəndi ərazisində, Azərbaycanın tanınmış arxeoloqu İsa Cəfərzadə tərəfindən aşkar edilib. İlk dəfə elmə Muğan mədəniyyəti adı ilə daxil olunub. Hazırda tapıntılar aşkarlanan yerdə kompleks arxeoloji tədqiqat işlərinin aparılmasına ehtiyac var".
Oxşar xəbərlər
Naftalanda tarixi abidə qalıqları aşkarlanıb
Cəlilabadda tarixi abidənin ətrafına mühafizə zolağı çəkilib
Şəhri-Gürganda XIX əsrə aid iki batmış gəminin qalıqları tapılıb
Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
