İsrailin Qəzza zolağına sonuncu hücumları nəticəsində azı 50 fələstinli həlak olub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında köçkün fələstinlilərin sığındığı dörd məktəbi bombalanması nəticəsində ən azı 50 nəfər ölüb.

Ölənlər arasında “Əl-Cəzirə” kanalının operatoru, daha iki fələstinli jurnalist və Fələstin Mülki Müdafiəsinin beş əməkdaşı olduğu bildirilib.