"İşğaldan azad olunmuş torpaqlara qayıtmalıyıq ki, şəhidlərimizin ruhu şad olsun".
Sizinxeber.Az xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında açıqlamasında Zəngilanın Cahangirbəyli kəndindən olan keçmiş məcburi köçkün Kifayət Əsgərova deyib:
"Şükür Allaha ki, doğma yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Mənəvi cəhətdən ora ayaq qoymaq bizim üçün çətindir. Çünki şəhidlərimizin qanı o torpaqdadır. Amma qayıtmalıyıq ki, şəhidlərimizin ruhu şad olsun.
Prezident, Ali Baş Komandan İlham Əliyevin, eyni zamanda şəhidlərimizin və qazilərimizin sayəsində Zəfər çaldıq. Torpaqlarımız "Dəmir yumruq" hesabına geri alındı. Sağ olsun Prezidentimiz, var olsun "Dəmir yumruq".
Müsahibimiz yaradılan şəraitə görə ölkə başçısı Prezident İlham Əliyevə təşəkkür edib:
"Allah ona can sağlığı, uzun ömür versin".