"Beş yaşda çıxdığım torpaqlara indi sevinc və qürur hissi ilə qayıdıram".

Sizinxeber.Az xəbər verir ki, bu sözləri Xocavəndin Quzeyxırman kəndindən olan keçmiş məcburi köçkün Gülnarə İmanova deyib.

O, doğma yurd-yuvalarına qayıtdığı üçün xoşbəxt olduğunu bildirib:

"Çox xoşbəxtəm ki, doğma yurd-yuvamıza qayıdırıq. Beş yaşımda doğma torpaqlarımızdan ayrılmaq məcburiyyətində qalmışdıq. İndi isə iki övladımla birlikdə doğma obamıza dönürəm. İki qardaşım var və hər ikisi Vətən müharibəsində iştirak edib. Prezident İlham Əliyev onları müvafiq medallarla təltif edib. Bu gün şəhidlərimizin və qazilərimizin sayəsində doğma torpaqlarımıza qovuşuruq. Bizə bu sevinci yaşatdığı üçün Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi və illərdir həsrətində olduğumuz doğma yurdumuza qayıtmaq imkanı qazandıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".

Müsahibimiz yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.