"Əsl şuşalıyam. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq".

Bunu Sizinxeber.az-ya müsahibəsində Şuşa şəhərinə köçən sakin Elmira Rəhimova deyib. O, Şuşaya köçməyin sevincini bölüşüb:

"Şəhidlərimizin qarşısında baş əyirik ki, Şuşa kimi torpağımızı bizə qaytarıblar. Böyük sevinc və qürurla evimizə qayıdırıq".