Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub


Aşqabadın "Mukamlar" sarayında TÜRKSOY-un Opera Günləri çərçivəsində XVII qala konserti təşkil olunub.

"Sizinxeber.az" xəbər verir ki, tədbir türk dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə və ortaq musiqi irsimizin təbliğinə həsr olunub.

Konsert proqramı Türkmənistanın Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim olunub. Tədbirdə Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın musiqi nümayəndələri ilə yanaşı, Azərbaycanı tanınmış opera ifaçıları əməkdar artist Fəridə Məmmədova və Taleh Yəhyayev təmsil ediblər.

Azərbaycan ifaçılarının təqdimatları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Onların ifasında təqdim olunan klassik musiqi əsərləri Azərbaycanın zəngin mədəni irsini və dərin musiqi ənənələrini əks etdirərək, ölkəmizin incəsənət sahəsində malik olduğu yüksək yaradıcı potensialı bir daha nümayiş etdirib.

Konsertdə Türkmənistanın və TÜRKSOY-un rəsmi şəxsləri, xarici ölkələrin Türkmənistandakı səfirləri, diplomatik nümayəndəliklərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət və media təmsilçiləri iştirak ediblər. Konserti izləyən Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi tədbirin sonunda ifaçılarımızla görüşərək onlara gül dəstələri təqdim ediblər.

Oxşar xəbərlər

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
Tacikistanda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı münasibətilə qala konsert keçirilib
Azərbaycan Türkmənistanda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı olub
Aktauda TÜRKSOY - Azərbaycan əməkdaşlığı müzakirə olunub, fikir mübadiləsi aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər