Şuşada “Xarıbülbül” musiqi festivalının açılışı olub
Mayın 24-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.
APA xəbər verir ki, festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə yanaşı Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri səslənib.
Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.
Açılış konsertində səhnəyə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin incəsənət xadimləri çıxıb: Azərbaycandan Afaq Abbasova, Cahangir Novruzov, Əkrəm Poladov, Fatimə Cəfərzadə, Fərhad Bədəlbəyli, Fərid Əliyev, İlahə Rüstəmova, İnara Babayeva, Orxan Hüseynov, Mahir Tağızadə, Murad Adıgözəlzadə, Polad Bülbüloğlu, Yusif Eyvazov, Qazaxıstandan Azamat Jeltırquzov, Türkiyədən Ferda Yetişər, eləcə də rəqqaslar Berfu Elmas (Türkiyə), Dayna Kıdıralıyeva (Qırğızıstan), Ebru Elmas (Türkiyə), Eldiyar Marat oğlu (Qırğızıstan), Mustafa Çagatay Ozmen (Türkiyə), Nurjamal Moldoqaziyeva (Qırğızıstan), həmçinin Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və teatrın Balet truppası, Azərbaycan Dövlət Xor Kapellası.
Qeyd edək ki, mayın 25-də - festivalın ikinci günü Cıdır düzündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Polad Bülbüloğlunun konserti olacaq. Orkestrə Murtuza Bülbül dirijorluq edəcək.
Həmin gün Cıdır düzündə Qarabağ Universitetinin incəsənət fakültəsinin tələbələrinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert də təqdim olunacaq.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. Qarabağ münaqişəsi dövründə əsas konsertlər Ağdamda, Bərdə və Ağcabədidə təşkil edilib. Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra festival yenidən Şuşaya qayıdıb.
Oxşar xəbərlər
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib
“Üzeyir Hacıbəyli və musiqi mirası” adlı konsert tədbiri keçirilib
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Üzeyir festivalının daha bir konserti Şəmkirdə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












