İcraçı direktor: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq
sizinxeber.az xəbər saytı

İcraçı direktor: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq


Bu il qlobal süni intellekt bazarının 5 milyard ABŞ dolları dəyərinə çatacağı gözlənilir.

"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu süni intellektlə bağlı "6th AI & Data Forum"da Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, 2030-cu ildə bu rəqəmin 1,8 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır.

Fariz Cəfərov qeyd edib ki, süni intellekt texnologiyalarının 2030-cu il üçün qlobal ÜDM-ə 15,7 trilyon dollardan çox əlavə dəyər qatacağı gözlənilir.

"Şirkətlərin 61%-i artıq öz əməliyyatlarında süni intellekt texnologiyalarından istifadə edir. ChatGBT, Gemini, Cloud kimi yaradılan AI modelləri gündəlik olaraq 100 milyondan çox insan tərəfindən istifadə olunur", - Fariz Cəfərov vurğulayıb.

Oxşar xəbərlər

Fariz Cəfərov: "Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır"
“Nvidia” Çinin “DeepSeek” süni intellekt startapına görə yarım trilyon dollar dəyər itirib
Yaponiya holdinqi süni intellekt parklarına 1 trilyon dollardan çox sərmayə qoyacaq
Fariz Cəfərov: "Süni intellektin tətbiqinin genişlənməsi yeni ixtisasların yaranmasına səbəb olacaq"
Fariz Cəfərov: Süni intellektin nəqliyyat sektorunda tətbiqi ilə bağlı araşdırmalar aparırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle