Azercell-in eksklüziv 100 seriyalı nömrələri satışa çıxıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
mar
2025
09:50

Azercell-in eksklüziv 100 seriyalı nömrələri satışa çıxıb

05 mar, 2025
09:50
939

Azercell-in eksklüziv 100 seriyalı nömrələri satışa çıxıb

Azercell 100, 101 və 110 seriyalı nömrələrin satışına start verir. Mart ayının 5-dən etibarən istifadəçilər 010 prefiksli yeni seriyalı nömrələri əldə edə bilərlər.

Yeni nömrələr öz eksklüzivliyi və fərdi yanaşması ilə seçilir. Bu yenilik istifadəçilərə fərqli və yaddaqalan telefon nömrələri seçmək imkanı yaradaraq onların müştəri təcrübəsini daha da individuallaşdırır.

100 seriyalı nömrələri Azercell-in rəsmi onlayn satış portalı www.azercellim.com vasitəsilə əldə etmək mümkündür. Müştərilər mövcud seçimləri araşdıra və istədikləri nömrəni asanlıqla tapa bilərlər. Yaxın zamanda digər prefiks və seriyalı nömrələr də www.azercellim.com portalına əlavə ediləcək.

Yaddaqalan nömrənlə fərqlən, 100-də 100 üstünlüklə!

Daha ətraflı məlumat üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Bizimlə əlaqə saxlayın