"ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır
"OpenAI" şirkətinin rəhbəri Sem Altman və "Apple"ın keçmiş dizayneri Coni Ayv ənənəvi smartfonların layiqli əvəzedicisi ola biləcək innovativ süni intellekt cihazının yaradılması üçün güclərini birləşdiriblər.
Oxu.Az-ın "Android Authority" portalına istinadla verdiyi məlumata görə, bu barədə Altmanın özü anons edib.
Onun sözlərinə görə, süni intellektin inkişafı kompüterlərlə qarşılıqlı əlaqə yanaşmalarında fundamental dəyişikliklər tələb edir. O əmindir ki, gələcəkdə səs istifadəçi interfeysinin əsas elementi olacaq. Məhz buna görə hazırlanan cihaz əsasən səs əmrləri ilə idarə olunacaq.
Qeyd etmək lazımdır ki, süni intellekt cihazlarının yaradılması cəhdləri daha əvvəl də edilib. "Humane AI Pin" və "Rabbit R1" kimi qadcetlər ictimaiyyətə təqdim edilsə də, populyarlıq qazana bilməyib və bazarda uğursuzluğa düçar olublar.
Lakin ekspertlərin fikrincə, "OpenAI"dan olan yeni cihaz tamamilə unikal konfiqurasiya təklif edə bilər ki, bu da onu bütün mövcud analoqlardan fərqləndirəcək.
Sem Altman həmçinin vurğulayıb ki, şirkət gələcək qadcetin məhsuldarlığını və muxtariyyətini optimallaşdırmaq üçün öz mikroçiplərini hazırlayır. Bu, süni intellektin yüksək səmərəliliyinə nail olmağa və cihazın uzun müddətli avtonom işləməsini təmin etməyə imkan verəcək.
Oxşar xəbərlər
“DeepSeek” “OpenAI”in modellərini süni intellekt təlimində istifadə etməkdə şübhəli bilinir
Kaliforniya qubernatoru süni intellektə qarşı çıxıb
ABŞ-də süni intellektin inkişafına 500 milyard dollar sərmayə qoyacaq şirkət yaradılacaq
“OpenAI” süni intellektdən istifadə edilməklə yaradılmış sistemdən imtina edib
“Alibaba” “DeepSeek”ə qarşı süni intellekt modelinin yeni versiyasını təqdim edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
